Azərbaycanda rayonlar və şəhərlər üzrə pərakəndə ticarət dövriyyəsinin dinamikası məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki. ölkə üzrə pərakəndə ticarəti son bir il ərzində 938,6 milyon manat və ya 6% artıb.
Ən yüksək artım Ağdam rayonunda 10,3 milyon manat və ya 25,4% və ya artımla baş verib.
Füzuli rayonunda isə 23,7% və ya 8,1 milyon manata yaxın artım qeydə alınıb.
Lənkəran rayonu 9,4% və ya 31,8 milyon manat müsbət dinamika ilə üçüncü olub.
Astara 8,9% və ya 9,9 milyon manat göstərici ilə dördüncü, Qazax rayonu isə 7,3% və ya 9,9 milyon manat göstərici ilə 5-ci olub.
Dövriyyənin artdığı rayonlar ilə yanaşı azaldığı rayonlar da var.
Məsələn yardımlı rayonunda illik müqayisədə 4,1 milyon manat və ya 8,9%, Daşkəsəndə 1,7 milyon manat və ya 4.1%, Samuxda 2.6 milyon manat və ya 3,8%, Kürdəmirdə isə 7,4 milyon manat və ya 3,5% azalma baş verib.
İşağldan azad edilmiş Xankəndi və Xocalı istisna olmaqla ( bu iki əraizdə yanvar-iyun ayları gsötərici olamyıb) digər rayonlarda pərakəndə ticarət dövriyyəsinin həcmi ötən il qeydə alınmadığı üçün illik dinamika müşahidə edilməyib.