Hacıqabul Sənaye Məhəlləsi ərazisində həyata keçirilmək üçün seçilmiş 7 layihəyə investisiya qoyuluşları 60 mln. manat məbləğimdə qiymətləndirilir. FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 60 mln. manatdan çox olan 7 layihə üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb”, - deyə məlumatda bildirilir.
Bu layihələr çərçivəsində 900 iş yeri yaradılacaq.
Hacıqabul Sənaye Məhəlləsi 2019-cu ildə istifadəyə veriləcək.
Eləcə də bax: “Khazar” avtomobilləri Ukraynaya ixrac ediləcək