İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə gənc sahibkarlarla onlayn görüş keçirilib.
Eləcə də bax: Bu il sahibkarlara 720 milyon manatdan çox - Güzəştli Kredit Verilib
Fonddan FED.az-a bildirilib ki, görüşdə qeyd edilən qurumların nümayəndələri ilə yanaşı, sahibkarlar və SİF-lə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının təmsilçiləri də iştirak ediblər. Görüşdə Fondun güzəştli kreditlərindən istifadə zamanı sahibkarların üzləşdikləri problemlər müzakirə edilib və biznes nümayəndələrinin sualları cavablandırılıb.