Azərbaycanda sahibkarlara güzəştli kreditlər ayrılan İqtisadiyyat Nazirliyinin tərkibindəki Sahibkarlığa Dəstək Fondunun fəaliyyətində dəyişiklik olacaq.
Eləcə də bax: Sahibkarlar üçün güzəştli kreditlərin - FAİZİ AŞAĞI SALINACAQ
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, Sahibkarlığa Yardım Fondunun fəaliyyəti ölkə iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektorunun prioritetlərinə uyğun həyata keçirilməlidir. Nazir deyib:
Buna daha aydın və ölçülə bilən şəkildə nail olmaq üçün bir sıra yeni yanaşmalar tətbiq oluna bilər. Bu yanaşmalardan biri prioritet təşkil edən sahələr üçün kredit portfelində kvotaların tətbiq edilməsidir. Aqrar sahə və emal sahəsi belə prioritet təşkil edən sektorlardan biridir. Bunlar üçün minimum çəki müəyyən edəcəyik».