Banner

İqtisadiyyat

"Güzəştli kreditdə 1 faizimizdən də imtina edəcəyik" - NAZİR

"Güzəştli kreditdə 1 faizimizdən də imtina edəcəyik" - NAZİR | FED.az
13:04 29 Mart 2019

«Diqlas»dakı sahibkarlar dövlətdən maddi dəstəklə yanaşı, güzəştli kreditlər də ala biləcəklər.

FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, həmin sahibkarlara Sahibkarlıq Fondunun güzəştli kreditləri veriləcək. Və bu zaman həmin kreditlərin məbləğ ənənəvi güzəştli kreditlərdən də az olacaq.

«Sahibkarlara bu kreditlərin şərtləri haqqında məlumat vermişik. Bildiyiniz kimi, güzəştli kreditlər kifayət qədər ucuzdur (yəni faiz dərəcəsi aşağıdır – FED.az), bu kreditlərdə 4% banklara, 1% isə fonda çatır. Biz hazırıq ki, bu 1%-dən imtina edək. Bu 1% fond tərəfindən alınmaz, bu ölkə başçısının niyyətidir. Beləliklə banklar vasitəsilə onlara uzunmüddətli güzəştli kreditlər təqdim olunacaq».

Eləcə də  bax: "Diqlas"dakı sahibkarlara 3 milyon manat ayrıldı - SƏRƏNCAM

Digər xəbərlər

Banner