Gürcüstanın xarici ticarət dövriyyəsi 2018-ci ildə rekord səviyyədə artıb.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 2018-ci ildə Gürcüstanın xarici ticarəti 12,4 milyard dollar olub. Bu da 2017-ci illə müqayisədə 17 faiz çoxdur.
Eləcə də bax: Rusiyanın xarici ticarətində rekord – 200 MİLYARD DOLLAR MÜSBƏTDƏDİR
Gürcüstanın xarici ticarətində ixracın həcmi 2018-ci ildə 3,4 milyard olub ki, bu da 2017-ci illə müqayisədə 22,9 faiz çoxdur. İdxal isə 2017-ci illə müqayisədə 14,9 faiz artaraq 9,1 milyard təşkil edib.
Ticarət balansında xarici ticarət dövriyyəsinin 46,1 faizi həcmində və ya 5,76 milyard dollarlıq mənfi saldo yaranıb.