Bu ilin ilk 7 ayında Gürcüstan Azərbaycandan 277,8 milyon ABŞ dolları dəyərində məhsul idxalı həyata keçirib.
FED.az xəbər verir ki, bu barədə Gütcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Qonşu ölkə Azərbaycan məhsullarının idxalını illik müqayisədə 16,9% azaldıb.
Yanvar-iyulda Azərbaycan Gürcüstanın ümumi idxalındakı payı 6,5%-ə bərabər olub. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub. (Report)