Gürcüstanın Azərbaycana olan xarici borcu cari ilin fevral ayının 28-nə olan məlumata əsasən 8,495 mln. dollar təşkil edir.
FED.az xəbər verir ki, bu, yanvar ayı ilə müqayisədə 0,36 mln. dollar azdır.
Qonşu ölkənin ümumi xarici dövlət borcu 5 mlrd. 303,121 mln. dollar təşkil edir ki, bu məbləğin 5 mlrd. 216,368 mln. dolları hökumətin payına düşür.
Gürcüstanın ən çox borcu olduğu ölkələr Almaniya (294,771 mln. dollar), Yaponiya (220,677 mln. dollar) və Fransadır (214,954 mln. dollar).
Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana olan borcu yanvar ayı ilə müqayisədə azalaraq müvafiq olaraq 16,281 mln., 68,159 mln. və 9,710 mln. dollar təşkil edir.
Qeyd edək ki, Gürcüstan tərəfinin Azərbaycana olan borcunun ödənilməsi ilə bağlı maraqlı tarixçəsi olub. Gürcü tərəfi müxtəlif vaxtlarda borcun ödənilməsinin müxtəlif üsullarını təklif edib. Bunlardan biri Tiflisdəki təyyarə zavodunda Azərbaycan təyyarələrinin təmiridir. İkinci təklif isə Gürcü tərəfi bir necə il əvvvəl təklif etmişdir ki, Azərbaycana olan borcunu gürcü şərabları ilə ödəsin. Lakin Azərbaycan tərəfi bunu qəbul etməmişdi.
Mənbə: APA / FED.az