Banner

İqtisadiyyat

Gürcüstanın Azərbaycana - İXRACI ARTIB

Gürcüstanın Azərbaycana - İXRACI ARTIB | FED.az
12:04 19 Dek 2019

Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 444 milyon 618,2 min dollar dəyərində məhsul ixrac olunub.

FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Eləcə də bax: Gürcüstanın Azərbaycana - 7 MİLYON DOLLAR BORCU VAR

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 2,2% artım qeydə alınıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ixracında 13,1% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Report

Digər xəbərlər

Banner