Bu ilin yanvar ayında Gürcüstan 24,8 milyon ABŞ dolları dəyərində minik avtomobili ixrac edib.
FED.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, avtomobillərin ixrac dəyəri illik müqayisədə 54,2 % azalıb.
Ötən ay minik avtomobili 11,1 % payla Gürcüstanın II əsas ixrac məhsulu olub.
Hesabat ayında qonşu ölkənin avtomobil ixracının 56,96 %-i Azərbaycana yönəlib.