Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana 6,2 milyon ABŞ dolları köçürülüb.
Eləcə də bax: Gürcüstanın Azərbaycana - BORCU DƏYİŞMƏYİB
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə daxil olan pul vəsaitlərinin həcmi 1,6 milyon dollar və ya 34,7% artıb.
Yanvar-mart aylarında Gürcüstandan Azərbaycana isə 3,6 milyon dollar daxil olub ki, bu da illik müqayisədə 1,1 milyon dollar və yaxud 44% azdır.
Report