2018-ci ildə Azərbaycan Gürcüstanın kənd təsərrüfatı məhsullarının ixracı üçün əsas bazarlardan biri olub.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
İllik müqayisədə ötən il Gürcüstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixrac həcmində 120% artım qeydə alınıb.
Eləcə də bax: Bu gündən energetik içkilər və siqaret - BAHALAŞIR
2018-ci ildə qonşu ölkədə aqrar məhsulların ixracı baxımından yeni rekord qeydə alınıb. Hesabat dövründə Gürcüstan 959,2 mln. dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib. Bu göstərici illik müqayisədə 23,2% çoxdur.
Ötən il Gürcüstandan ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarının ilk beşliyinə şərab, qoyun və keçi əti, alkoqolsuz qazlaşdırılmış içkilər, mineral və içməli sular və spirtli içkilər daxil olub.