Gürcüstanda 2021-ci ildə ümumi daxili məhsul (ÜDM) istehsalı 10,6 faiz artıb.
FED.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Statistika Xidmətinin yanvarın 31-də yayımladığı hesabatda yer alıb.
Xatırladaq ki, 2021-də Azərbaycanda iqtisadi artım 5,6% təşkil edib.
Statistika Xidməti bildirir ki, dekabr ayında ÜDM istehsalı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artıb.
Keçən ilin dekabrında artım əsasən sənaye istehsalı, nəqliyyat və anbar fəaliyyəti, ticarət, mehmanxana və restoran, elektrik enerjisi və qaz təchizatı, daşınmaz əmlak, incəsənət, əyləncə və istirahət sahələrində qeydə alınıb.
Qeyd olunur ki, 2021-ci ildə ÜDM artımı 2019-cu illə müqayisədə 3 faiz olub.