Gürcüstanda bu ilin may ayında illik inflyasiya 13,3% təşkil edib.
Eləcə də bax: Türkiyədə inflyasiya - 74%-Ə ÇATDI
FED.az xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin cümə günü dərc etdiyi statistik məlumatlara istinadən xəbər verir ki, bir ay əvvəl bu göstərici 12,8% təşkil etmişdi.
May ayında ən çox meyvə və üzüm (13%), çörək və çörək məhsulları (4,8%), dəniz məhsulları (1,8%), yağlar (1,6%), mineral, bulaq suları, sərinləşdirici içkilər və təbii şirələr (1,2%) bahalaşıb. Eyni zamanda, Gürcüstanda süd, pendir və yumurta ucuzlaşıb (-4,5%).
2021-ci ilin mart ayından Gürcüstanda illik inflyasiya artmaqdadır. İnflyasiya proseslərini cilovlamaq üçün ölkənin Milli Bankı yenidən maliyyələşdirmə dərəcəsini illik 11%-ə çatdırmaqla pul siyasətini sərtləşdirməyə başlayıb.
Gürcüstan Milli Bankı ümid edirdi ki, 2022-ci ilin sonuna qədər inflyasiyanın səviyyəsi 3%-lik hədəfə düşəcək, lakin Ukrayna ətrafındakı vəziyyətə görə, bu, açıq-aydın əldə edilməyəcək. (Marja)