“Gürcüstanda kifayət qədər un ehtiyatı var və əhalinin qida təhlükəsizliyi baxımından problem yoxdur”.
Eləcə də bax: Gürcüstanın taxıl ehtiyatı - TÜKƏNİB
FED.az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili brifinqdə deyib.
Onun sözlərinə görə, hökumət üçün əsas məsələ çörəyin qiymətinin hamı üçün əlçatan olmasıdır: “Qiymət artımı nə hökumətin, nə də ictimaiyyətin marağındadır. Un idxalına süni problemlər yaratmaq yolverilməzdir”.
Gürcüstanda müəyyən buğda ehtiyatının da olduğunu qeyd edən nazir hazırda ölkədə çörəyin bahalaşması üçün heç bir zəminin olmadığını bildirib.
Son aylar un idxal etdiyindən Gürcüstanın buğda ehtiyatı tükənmək üzrədir. Dəyirmanlar artıq fəaliyyətlərini dayandırmalı olurlar. Yaranmış vəziyyət fonunda bəzi çörək istehsalçıları qiymətləri qaldırıb. (Report)