Bu ilin III rübündə Azərbaycan Gürcüstanın əsas investorlarından biri olub.
Azərbaycan neftinin Ermənistana ilk tranzitindən rüsum tutulmayacaq
FED.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında ölkəyə birbaşa xarici investisiya qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çox - 1 milyard 296 milyon ABŞ dolları, təkcə III rübdə isə 2 dəfə çox - 533,2 milyon ABŞ dolları təşkil edib.
"Rüb ərzində ən çox birbaşa xarici investisiya ABŞ, İspaniya və Azərbaycandan cəlb edilib. gəlib. Bu da Gürcüstanın regional biznes mərkəzi kimi mövqeyini daha da gücləndirir. Artan sərmayələr əsasən su təchizatı və tullantıların idarə edilməsi, daşınmaz əmlak, nəqliyyat, maliyyə və sığorta, informasiya və rabitə sektorlarına yönəlib", - deyə o qeyd edib.
Bundan başqa, V.Tsintsadze deyib ki, Gürcüstan hökumətinin prioriteti ölkəyə yüksək əlavə dəyər yaradan və bilik-transferi təmin edən investisiyaları cəlb etməkdir: "Bu cür investisiyalar ortamüddətli dövrdə iqtisadi artıma birbaşa müsbət təsir göstərir. Hökumət məhz belə layihələrin həyata keçirilməsi üzərində aktiv işləyir və bu, növbəti illərdə ölkənin yüksək iqtisadi artımında öz əksini tapacaq".(Report)











