Gürcüstanda mal-qaranın ixracına məhdudiyyət təsdiq olunub.
FED.az xəbər verir ki, yeni qaydalara əsasən ixraca yönələn iribuynuzlu mal-qaranın çəkisi 140 kiloqramdan 200 kiloqrama qədər artırılıb.
Eləcə də bax: Gürcüstanda 700 min nəfər - QUMARA QURŞANIB
Gürcüstanın Milli Qida Agentliyindən bildirilib ki, yeni qaydalar heyvandarlıq sahəsinin inkişafı, məhsulların istehsalının artırılması və emal sənayesi sahəsində yeni iş yerlərinin yaradılmasına kömək edəcək.
Qeyd edək ki, Azərbaycan Gürcüstandan iri buynuzlu mal-qara idxal edən əsas ölkələrdən biridir.
Report