Gürcüstan iqtisadiyyatı gələn il 6 faizədək artacaq. Ölkə iqtisadiyyatının ümumi həcmi 65 milyard lari olacaq.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.
Onun sözlərinə görə, gələn il büdcə kəsiri 4,2 faiz olacaq. Gürcüstanın dövlət borcu isə ümumi daxili məhsulun 51,1 faizinə qədər azalacaq.
Bildirilib ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Gürcüstanın dövlət borcu 2020-ci ildə ÜDM-in 58,66 faizini təşkil edib, 2021-ci ildə isə 60 faizdən çox olub.
Gələn il dövlət borcunun ödənilməsinə 5,9 milyard lari və ÜDM-in 9,1 faizi yönəldiləcək (Azertag).