Gürcüstan qarabaşaq, düyü, sarımsaq və digər qida məhsulları üçün alternativ idxal bazarları axtarır.
Eləcə də bax: Koronavirus məhsul qıtlığına səbəb olacaqmı? - NAZİRLİKDƏN AÇIQLAMA
FED.az "report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd olunub ki, aprelin 12-dən iyunun 30-dək Avrasiya İqtisadi Birliyindən (Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan) bəzi qida məhsullarının ixracına qadağa qoyulub.
Nazirlikdən bildirilib ki, bu qadağa Gürcüstan bazarında çatışmazlıq yaratmayacaq: “Bazarların diversifikasiyası üzərində iş aparılır. Hazırda ərzaq və ilkin tələbat qida məhsulları bir çox ölkələrdən idxal olunur. Bununla yanaşı, alternativ idxal bazarlarının tapılması istiqamətində danışıqlar da aparılır”.