Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdindəki “Gürcüstanda istehsal et” Agentliyinin dəstəyi ilə Azərbaycana şirə ixracına başlanılıb.
Eləcə də bax: "Azərbaycan istehsalı olan çiyələk xarici bazarlarda rəqabətqabiliyyətli deyil"
FED.az "report"a istinadən xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Azərbaycan sahibkarları ilə razılıq bu ilin fevralında Dubay şəhərində keçirilən “Gulfood 2020” beynəlxalq qida sərgisi çərçivəsində əldə olunub.
Razılığa əsasən, Azərbaycan Gürcüstan istehsalı olan “Campa” əmtəə nişanlı 20 min litr şirə idxal edib. Qida məhsulunun Azərbaycanla yanaşı, Çinə də tədarükü həyata keçirilib.
Hazırkı mərhələdə Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə də məhsulun ixracı ilə bağlı danışıqlar aparılır.