Fevralın 22-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin və "Göyçay İnkişaf Mərkəzi" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Göyçayda, Mərkəzin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə isə Gəncə şəhər 2 saylı peşə liseyində gənclər üçün treninqlər keçirilib.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, “Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması”, “Öz biznesinə başla” və “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes planın tərtib edilməsi, marketinq araşdırmalarının aparılması, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası barədə geniş məlumat verilib.
Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Göyçayda və Gəncədə gənclər maarifləndirilib
16:24
22 Fev 2017