Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
Eləcə də bax: Hökumət kərə yağının qiyməti ilə bağlı - QƏRAR QƏBUL ETDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının mövcud dərəcəsi saxlanılacaq və 4104 11 100 0, 4104 11 510 0, 4104 11 590 0, 4104 11 900 0, 4104 19 100 0, 4104 19 510 0, 4104 19 590 0 və 4104 19 900 0 alt yarımmövqelərində təsnifləşdirilən gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsinin 1000 kq üçün 350 ABŞ dollarından 150 ABŞ dollarına endirilməklə qüvvədə olma müddəti 31.12.2023-cü il tarixinədək uzadılacaq.