Azərbaycanda Ticarətin Asanlaşdırılması mərkəzləri, müasir texniki vasitələr, “1 inspektor-1 nəqliyyat vasitəsi”, “e-növbə” kimi innovativ layihələr və informasiya texnologiyalarının tətbiqi hesabına sərhədkeçmə proseslərinə sərf olunan müddət 3 dəfəyə qədər azaldılıb.
Eləcə də bax: Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə - GENİŞ MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib. Onun sözlərinə görə, əvvəllər gömrük-sərhəd buraxılış məntəqələrindən gün ərzində 250 yük nəqliyyat vasitəsi keçirdisə, hazırda bu rəqəm 600-ə çatdırılıb ki, bu da beynəlxalq ticarətin və tranzit əməliyyatlarının sürətləndirilməsi üçün mühüm amildir.
Komitədən bidirilib ki, Dövlət Gömrük Komitəsi 2019-cu il üzrə nəzərdə tutulan 3 milyard 702 milyon manat büdcə öhdəliyinə qarşı 4 milyard 408 milyon 620 min manat toplanmasını təmin edib və proqnoza 119,1 faiz əməl olunub.
Ötən ilin fevralından tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi ölkəmizdə sahibkarlığın inkişafına daha da təkan verib. Artıq 530 xarici ticarət iştirakçısı həm idxal, həm də ixracda bu sistemdən istifadə imkanı əldə edib. Ümumilikdə, xarici ticarət həcminin 8 milyard dolları “Yaşıl dəhliz” sistemindən istifadə edən biznes subyektlərinin payına düşür.