Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov sərəncama göndərilib.
FED.az xəbər verir ki, onun yerinə Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov təyin olunub.
Bundan başqa, FED.az-ın məlumatına görə, Komitənin Gömrük Hüquqpozmalarına qarşı mübarizə baş idarəsinin rəisi, gömrük generalı Baba Salayev də işindən azad edilərək sərəncama götürülüb, onun yerinə həmin baş ibarənin əməliyat idarəsinin rəisi Məsum Rəsulov təyin edilib.