Yaxın vaxtlarda Azərbaycanda gömrük rəsmiləşdirilməsi, idxal-ixrac və tranzit əməliyyatlarının elektronlaşacağı və sürətlənəcəyi gözlənilir.
Eləcə də bax: Rusiya ilə sərhəddə böyük sıxlıq - SAHİBKAR PREZİDENTƏ MÜRACİƏT EDİB - VİDEO
FED.az xəbər verir ki, bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun genişləndirilmiş iclasında bildirilib.
İclasda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, «Sərhəddə ticarət» işçi qrupunun Fəaliyyət Planı hazırlanıb. Plan hazırlanarkən əsas diqqət sərhəddə ticarət zamanı vaxt və xərclərin minimuma endirilməsinə yönəlib.
Bu istiqamətdə görülən işlərin davamı olaraq, idxal-ixrac və tranzit əməliyyatlarının sürətli, şəffaf və tam elektron mühitdə vahid platforma üzərindən həyata keçirilməsi məqsədilə gömrükdə «e-Pəncərə (e-Window) sistemi tətbiq ediləcək.