2022-ci ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 3 milyard 767 milyon manat vəsait köçürülüb.
Eləcə də bax: Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları - 25% ARTIB
FED.az xəbər verir ki, bu əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə 34,1% artıqdır.
İlk 8 ayda gömrük orqanlarının xətti ilə ən böyük vəsait əlavə dəyər vergisi (ƏDV) üzrə toplanılıb – 2 milyard 712,9 milyon manat.
Gömrük rüsumları üzrə 905,8 milyon manat, aksizlər üzrə 106,3 milyon manat toplanılıb.
Yol vergisi üzrə toplanan məbləğ isə 42 milyon manat olub.
Əvvəlki ilin eyni dövrünə nisbətən ƏDV üzrə yığımlar 41,8%, gömrük rüsumları üzrə yığılmlar 18,8%, yol vergisi üzrə yığımlar isə 49,8% artıb. Aksizlər üzrə toplanan məbləğ dəyişməyib.