Dövlət Gömrük Komitəsi bu il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 122,41% yerinə yetirib.
Eləcə də bax: Azərbaycanda vergi-gömrük orqanlarının büdcə yükü - ARTIRILIR
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter“ hesabında yazıb.
O qeyd edib ki, ilkin məlumata görə, 2,53 mlrd. manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 463,39 mln. manat çoxdur. (Apa)