Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 243,67 milyon manat vergi və rüsum daxil olub.
Bu, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 16,02 milyon manat və yaxud 7% çoxdur. 2016-cı ilin Sentyabr ayında Komitənin xəttilə dövlət büdcəsinə 227 milyon 649 min manat daxil olmuşdu
Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının məbləği isə illik müqayisədə 807 min manat və yaxud 1,4% azalaraq 56,165 milyon manata təşkil edib.
ƏDV üzrə daxilolmaların həcmi 15,987 mln. manat və yaxud 10% artaraq 176,287 milyon manat, aksizlər üzrə daxilolmaların həcmi isə 113,5 min manat və yaxud 1,4% azalaraq 7,839 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 953,9 min manat və yaxud 39,3% artaraq 3,38 milyon. manat təşkil edib.
© Report