Dövlət Gömrük Komitəsinin rəsmi "Telegram" “kanalı t.me/gomrukaz” istifadəyə verilib.
Eləcə də bax: Təcili: Avtomobilər, siqaret və lüks mallar üçün - GÖMRÜK RÜSUMLARI ARTIRILACAQ
FED.az xəbər verir ki, Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, kanalda gömrük orqanlarının fəaliyyəti ilə bağlı vacib xəbərlər, həyata keçirilən yeniliklər, tədbirlər, gömrük qanunvericiliyi və sair məlumatlar paylaşılacaq.
"Telegram" tətbiqini smart cihazlara yükləməklə “@gomrukaz” kanalına abunə olmaq mümkündür.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin "Facebook", "Twitter", "Instagram", "YouTube" və "LinkedIn" sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.