Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov dekabrın 23-də vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən FED.az-a verilən məlumata görə, qəbul 23 dekabr saat 10:00-da İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57) baş tutacaq, Komitə sədri İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı İsmayıllı və Ağsu rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.