Xarici ticarətlə məşğul olan sahibkarlar malların təsnifatının və mənşə ölkəsinin müəyyən edilməsi üçün artıq günlərlə ekspertiza nəticələrini gözləməklə əlavə vaxt itirməyəcək.
Avtomobillərin gömrük rəsmiləşdirilməsində yenilik - GÖMRÜK SƏDRİ AÇIQLADI
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) başladığı yeni “Məcburi Qərarlar” layihəsinə əsasən, idxal və ya ixrac olunan mallara dair məlumatlar əvvəlcədən gömrük xidmətinə elektron qaydada göndərilməklə Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən malların təsnifatı, mənşə ölkəsi müəyyənləşdiriləcək və qəbul edilən qərarlar öncədən sahibkarlara təqdim olunacaq.
Komitədən FED,az-a veriən məlumata görə, artıq biznes subyektləri Komitənin rəsmi internet səhifəsinin “Sahibkarlar üçün” bölməsinə daxil olmaqla “Məcburi Qərarlar” altbölməsindən müraciətlərini ünvanlaya bilərlər.
Gömrük bəyannaməsinin 44-cü qrafasında əldə olunan məcburi qərar təsnifat ilə bağlıdırsa 5013, mənşə ölkəsi ilə bağlıdırsa 7001 kodu, qərarın nömrəsi və tarixi qeyd edilməlidir.
Qeyd edək ki, öncədən əldə olunmuş məcburi qərarın mövcudluğu malların gömrük rəsmiləşdirilməsi zamanı təsnifat kodunun və ya mənşə ölkəsinin müəyyənləşdirilməsi üçün təkrar ekspertizası aparılması zərurətini aradan qaldırır.
Yeni layihə vaxt və vəsait itkisinin qarşısının alınmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, sərhədkeçmə proseslərinin, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, resurslardan səmərəli istifadə edilməsinə xidmət edəcək.