Noyabrın 28-də Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Türkiyənin Azərbaycandakı səfirliyinin Ticarət Müşavirliyinin nümayəndələri - Ahmet Erdal, Yakup Sefer və Murat Yaman ilə görüşüb.
Azərbaycan və Rusiya gömrük rəhbərləri - SƏRHƏDDƏKİ TIXACI MÜZAKİRƏ ETDİLƏR
FED.az xəbər verir ki, görüşdə məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olunub.
Həmçinin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş”in, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında imzalanmış “Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in icrası ilə bağlı bəzi texniki məsələlərin qısa zaman kəsiyində həllinin zəruriliyi də diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.