2021-ci ilin ilk 5 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 milyard 820 milyon 174 min ABŞ dolları, o cümlədən idxal əməliyyatları 4 milyard 392 milyon 884 min dollar, ixrac əməliyyatları 7 milyard 427 milyon 290 min dollar, saldo 3 milyard 34 milyon 405 min dollar təşkil edib.
Eləcə də bax: Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu - 8%-dən Çox Artıb
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Qeyd edək ki, 2020-ci ilin ilk 5 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 milyard 136 milyon 979 min ABŞ dolları, o cümlədən idxal 4 milyard 165 milyon 52 min dollar, ixrac 6 milyard 971 milyon 926 min dollar, saldo 2 milyard 806 milyon 873 min dollar təşkil etmişdi.
MAYDA İXRAC KƏSKİN AZALIB
2021-ci ilin May ayında Azərbaycanın ixracı 1 milyard 62 milyon 939 min dollar, idxalı 863 milyon 225 min dollar, saldo 199 milyon 714 min dollar təşkil edib. Apreldə ixrac 2 milyard 226 milyon 339 min dollar, idxal 998 milyon 243 min dollar, saldo 1milyard 228 milyon 96 min dollar təşkil etmişdi.
2020-ci ilin May ayında Azərbaycanın ixracı 665 milyon 505 min dollar, idxalı 782 milyon 529 min dollar, saldo mənfi 117 milyon 24 min dollar təşkil etmişdi. (Marja)