Birinci rüb ərzində Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 991 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 91 milyon manat və ya 10,1 faiz çoxdur.
Eləcə də bax: Gömrük Komitəsi ittihamlara - AYDINLIQ GƏTİRİB
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin ilk rübündə dövlət büdcəsinin icrasına dair yaydığı açıqlamada deyilir.
Qeyd edək ki, yanvar-fevral aylarında Gömrük Komitəsinin büdcə daxilolmaları 663 milyon 306 min manat olub.
Azərtac