Dövlət Gömrük Komitəsi may ayında bayram günləri müddətində Hökumət Ödəniş Portalı üzərindən dövlət büdcəsinə 30 milyon manat pul köçürüb.
Eləcə də bax: Gömrükçülər gücləndirilmiş - İŞ REJİMİNDƏ ÇALIŞACAQ
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov parlamentdə çıxışında deyib.
O qeyd edib ki, cari ilin may ayı ən gərgin aylardan biri olub: “Bilirsiniz ki, 10 gündən artıq qeyri-iş günü olub. Gömrük Komitəsinin əməkdaşları isə növbəlilik əsasında işə cəlb edilib. Xarici iqtisadi fəaliyyət iştirakçılarıyla bağlı problem olmayıb. İlk olaraq bankların işləməməsinə baxmayaraq HÖP üzərindən 30 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsinə nail olunub. Bu göstərici cari ildə davam edəcək”.