Bu ilin əvvəlindən Ural Gömrük İdarəsi tərəfindən 573 gömrük qaydalarını pozma cəhdinin qarşısı alınıb.
Eləcə də bax: 50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə - CƏLB OLUNACAQ
FED.az xəbər verir ki, idarənin yaydığı məlumata görə, qanun pozuntularının üçdə biri Avrasiya İqtisadi Birliyinin gömrük ərazisinə malların idxalına qoyulan qadağalara və məhdudiyyətlərə əməl edilməməsi (zavod qablaşdırması olmadan evdə hazırlanan məhsulların idxalı) ilə bağlıdır.
“Həmçinin turistlər valyutalarını yazılı şəkildə bəyan etməyi də unudurlar. Bu günə kimi 191 inzibati xəta işi tərtib edilib ki, bu da ötən illə müqayisədə 3 dəfə çoxdur. Ölkədən çıxarılan ən populyar valyuta ABŞ dollarıdır. Əsasən, pullar BƏƏ və Azərbaycana çıxarılır”, - məlumatda bildirilir. ( APA)