Azərbaycanda giləmeyvə istehsalı və ixracı ilə məşğul olan sahibkarların kredit ehtiyacları müəyyən edilir.
Eləcə də bax: Sahibkarlara kredit üzrə ödənilən faiz subsidiyalarının həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondundan (SİF) verilən məlumata görə, qeyd olunan məsələ SİF-in Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə təşkil olunan görüşün müzakirə predmeti olub.
Tədbirdə sahibkarların güzəştli maliyyə resurslarına çıxışının təşviqi məqsədilə Fondun təklif etdiyi dəstək mexanizmləri barədə məlumatlar təqdim edilib, giləmeyvə istehsal sahəsində fəaliyyət göstərən sahibkarların güzəştli kreditlərdən istifadə zamanı qarşılaşdıqları problemlər dinlənilib. (Apa)