2020-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində müştərilərə 18 milyard 245,7 milyon manatlıq, o cümlədən 9 729,7 milyon manatlıq ərzaq , içki və tütün məmulatları, 8 milyard 516 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
FED.az xəbər verir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 1,8 dəfə cox olub.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2019-cu ilin yanvar - iyun aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 18 245,7 | 98,1 |
o cümlədən: | ||
ərzaq məhsulları | 8 762,4 | 103,4 |
içkilər və tütün məmulatları | 967,3 | 100,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 2 678,9 | 80,6 |
elektrik malları və mebellər | 1 005,6 | 94,1 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 138,5 | 99,5 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 319,6 | 134,5 |
avtomobil benzini və dizel yanacağı | 988,1 | 99,8 |
digər qeyri-ərzaq malları | 3 385,3 | 99,5 |
2020-ci ilin yanvar-iyun aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,0 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Cari ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 23,5 faizi ticarət müəssisələri, 50,4 faizi fərdi sahibkarlar tərəfindən, 26,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1 faiz, fərdi sahibkarlar üzrə 0,7 faiz artmış, bazar və yarmarkalarda isə 17,2 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,0 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,5 manatlıq qeyri-ərzaq malları almışdır.