Sentyabrın 21-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Regional Kollecində gənclər, sentyabrın 22-də isə “Sahibkar Qadınlar” İctimai Birliyi ilə birgə Gəncədə sahibkarlıq fəaliyyətinə yeni başlayan gənc qadınlar üçün treninqlər keçirilib.
İqtisadiyyat Nazirliyindən FED.az-a bildirilib ki, “Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması”, “Öz biznesinə başla” mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, prioritet biznes istiqamətləri və s. barədə ətraflı məlumat veriib.
Tədbirlərdə iştirakçılar həmçinin, kiçik sahibkarlığın inkişafında biznes inkubatorların rolu, biznes inkubatorlarda tətbiq olunan güzəştlər, dövlət dəstəyi mexanizmləri və s. barədə məlumatlandırılıb.
Treninqlər çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib.
Gəncədə gənc sahibkarlar maarifləndirilib
17:37
22 Sen 2017