“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2016-cı il üzrə birləşdirilmiş maliyyə hesabatları audit olunub. Auditi dünyada böyük nüfuza malik “Ernst & Young” şirkəti aparıb.
“Ernst & Young” şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyevin Gəmiçiliyin rəhbəri Rauf Vəliyevlə görüşündə bildirilib ki, hesabat beynəlxalq standartlara uyğun hazırlanıb və bütün əhəmiyyətli aspektlər baxımından tələblərə tam cavab verir.
Sözügedən hesabat Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmi internet səhifəsində yerləşdirilib. (http://www.acsc.az/maliyye/2016_az2.pdf, http://www.acsc.az/maliyye/2016_en2.pdf)
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 oktyabr 2014-cü il tarixli 321 nömrəli qərarı ilə təsdiq olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların tərkibinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də daxil edilib.