AXDG” QSC-nin KSƏTƏMM strukturunun məqsədi ümumilikdə dənizdə təhlükəsiz iş təcrübələrindən bəhrələnərək, personalın sağlamlığını, ətraf mühitin mühafizəsini təmin etmək, sahil və dənizdə çalışan işçilərin təcrübə, səriştə və bacarıqlarını daim inkişaf etdirməklə İSO 9001 / 14001 /50001 və OHSAS 18001 beynəlxalq menecment standartlarının (BMS) tələblərinə cavab verən “AXDG” QSC-nin “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS) əsasən dəniz, habelə bəzi sahil obyektlərində yüksək səviyyədə tətbiqi və işləməsinə nail olmaqdır.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən FED.az-a verilənn məlumata görə, cəmiyyətdə bu yönümdə işlərin yerinə yetirilməsində əsas icraçı qurum sayılan keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMMD) prioritet saydığı istiqamətlərdən biri də gəmilərdə formalaşıb yaranan, habelə daşınan müxtəlif aqreqat hallı, o cümlədən maye çirkləndiricilərin idarə olunmasını təmin etməklə, onların dənizə atılmasının qarşısını almaq və ya atqıların həcmini minimuma endirməkdir.
Hazırda gəmilərdə maye tullantıların xüsusi çənlərdə toplanması, saxlanması, təhvil verilməsi, bununla bağlı plomblama işinin icrası, habelə həmin əməliyyatların sənədləşdirilməsi və qeydiyyatı kimi müxtəlif tədbirlər həyata keçirilir.
Həmin tədbirlərin hər biri önəmli səciyyə daşısa da müxtəlif maye çirkləndiricilərin atqı nöqtələrinin plomblanmalarının icra keyfiyyətinin müasir reallıq və imkanlar nəzərə alınmaqla yüksəldilməsi KSƏTƏMMD-nin həll etməyə çalışdığı ümdə məsələlərdən biridir. Bu məqsədlə yeni prosedur qaydaları hazırlanıb.
“AXDG” QSC-nin hazırkı prosedur və qaydaları işləyib tərtib etməkdə əsas məqsədi Cəmiyyətin gəmilərindəki maye çirkləndiricilərin atqı nöqtələrinin plomblanması, sənədləşdirilməsi, qeydiyyatı və nəzarət əməliyyatlarını təkmilləşdirmək və müasirləşdirməklə dənizin gəmilərdən maye tullantılarla çirklənməsi imkanlarının minimuma endirilməsinə nail olmaqdır.
KSƏTƏMMD tərəfindən Cəmiyyətin TKİS-nin tərkib hissəsi olan “Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi. Təhlükəsiz iş təcrübələri” çərçivəsində “ “Maye çirkləndiricilərin gəmilərdən dənizə axıdılmasına yol verməmək üçün müvafiq atqı nöqtələrində plomblanma, plombqırma və nəzarət Qaydaları” (Plombqırma / Plomblama Qaydaları) tərtib olunub və təsdiq edilmişdir.
Hazırda Cəmiyyətin gəmilərində yeni “Plombqırma / Plomblama Qaydaları”nın tətbiqinə hazırlıq işləri gedir. Bunlardan da ən önəmlisi ilk növbədə Donanmaların rəhbərlikləri ilə, növbəti mərhələdə isə XDND və DND gəmilərinin rəhbər heyət üzvləri ilə aidiyyəti təlimlərin keçirilməsidir.
Elə bu məqsədlə Cəmiyyətin KSƏTƏMM xidməti bu yönümdə işlərə başlamışdır. Beləki, Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasının rəhbərlərinin və aidiyyəti məsul işçilərinin iştirakı ilə “Plombqırma / Plomblama Qaydaları” mövzusunda məlumatlandırma səciyyəli təlimlər keçirilib.
Donanmaların Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbələrinin (ƏMTTEŞ) tərtib etdikləri “Plan-qrafik”lər əsasında XDND və DND gəmilərinin rəhbər heyət üzvləri ilə mərhələlər üzrə “Plombqırma / Plomblama Qaydaları” təlimlərinin keçirilməsinə də başlanmışdır.
Müvafiq yönümlü digər təlim isə Dəniz Nəqliyyat Donanmasının gəmilərinin sahildə olan rəhbər heyət üzvləri ilə keçirilib. Təlimdə 60 nəfərdən artıq dənizçi iştirak edib.
Toplantını giriş sözü ilə DND ƏMTTEŞ-nin rəisi Ağalar Behbudov açmış, KSƏTƏMMD-nin Ətraf mühitin mühafizəsi mühəndisi Sabir Kərimzadə keçirilən təlimin məqsədi, yeni plomblama prosedurlarının işlənməsinin səbəbləri və hədəflər barədə məlumat vermişdir. Əsas məruzəçi DND ƏMTTEŞ-nin mühəndis ekoloqu Abbas Məmmədov çıxışında təzə “Plombqırma/Plomblama Qaydaları”nın hazırlıq və icra proseduru, müvafiq qeydiyyat və sənədləşmənin aparılması, saxlanması və təqdimatı, icraya nəzarət, tətbiq olunacaq yeni plombların səciyyəvi xüsusiyyətləri barədə məlumatları hazırda istifadə olunan köhnə plomblama qaydaları ilə müqayisəli şəkildə təlim iştirakçılarının diqqətinə çatdırıb.
Toplantıda təlim iştirakçılarının bütün sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, müvafiq məqsədli təlimlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.