2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 847,5 milyon manat məbləğində proqnozlaşdırılır.
Eləcə də bax: Növbəti ilin dövlət büdcəsinin gəlirləri - AÇIQLANDI
FED.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, xərclərin 18 milyard 106,6 milyon manat və ya 70,1 faizini cari xərclər, 5 milyard 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 milyard 351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.