ABŞ prezidenti Donald Tramp, koronavirus pandemiyasının yayılması, o cümlədən iqtisadiyyatın əsas sektorlarında fəallığın azalması səbəbindən 1 milyard dollar itirib.
Eləcə də bax: Tramp Rusiyanın yardımını “Putinin gözəl jesti” - ADLANDIRDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Əgər bir ay əvvəl Donald Trampın sərvəti 3,1 milyard dollar təşkil edirdisə, indi 2,1 milyard dollardır”, – nəşriyyat yazır.
Amerika Birləşmiş Ştatlarının prezidentinin aktivlərinin kapitallaşdırılmasının qiymətləndirilməsi, şirkətlərinin fəaliyyət göstərdiyi seqmentlərdə səhmlərin qiymətindəki dəyişikliklər əsasında həyata keçirilmişdir. Martın 1-dən 18-dək “Boston Properties” və “Vornado Realty Trust” daxil olmaqla bir neçə inkişaf şirkətinin səhmləri orta hesabla 37% ucuzlaşıb, Trampın biznesi əsas bu sahələrlə əlaqəlidir.
Prezidentə məxsus yaşayış əmlakı 235 miylon dollardan 148 milyon dollara, otel biznesi isə 107 milyon dollardan 38 milyon dollara qədər ucuzlaşıb.
Böhran dövründə sabitliyi yalnız “pul yastığı” nümayiş etdirib. Qeyd edək ki, böhrandan əvvəl milyarderin hesabında təxminən 160 milyon dollar nağd pul var idi.