Prezident İlham Əliyev Fərid Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamla Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib.
Qeyd edək ki, Fərid Cəfərov "Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin baş mütəxəssisidir.
O bir çox yerli və beynəlxalq layihələrdə adıçəkilən kampaniya ilə bağlı çıxışlar edib.