"Fitch Ratings" beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentin uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib.
FED.az APA-ya istinadən xəbər verir ki, reytinq üzrə proqnoz neqativdir.
Qısamüddətli reytinq isə "B" səviyyəsində təsdiqlənib.
Bildirilir ki, SOCAR-ın reytinqləri Azərbaycanın suveren reytinqinə müvafiqdir: "SOCAR əsas maliyyə və investisiya qərarlarını qəbul edərkən Azərbaycan hökuməti və Dövlət Neft Fondu ilə sıx əlaqələr saxlayır".