"Fitch Ratings", Türkiyənin "BB-" səviyyəsindəki kredit reytinqini və "sabit" proqnozunu təsdiq edib.
FED.az xəbər verir ki, «Fitch Ratings»dən verilən açıqlamada, iqtisadi artımın güclü şəkildə bərpa edildiyi, inflyasiyanın ötən ilin əvvəlində gördüyü 20 faiz səviyyəsindən aşağı düşdüyü, cari hesabın kəsirinin inkişaf etdiyi və yüksək səviyyələrə baxmayaraq xarici risklərin azaldığı bildirilir.
Eləcə də bax: Xaricilər Türkiyədə 825 mln. dollarlıq - QIYMƏTLI KAĞIZLARINI SATDILAR
Şərhdə bildirilir ki, Türkiyə iqtisadiyyatının 2020-ci ildəki artımı ilə bağlı proqnozlar bir əvvəlki təxminlə müqayisədə 0,8% artırılaraq 3,9%-ə qaldırılıb.
Açıqlamada bildirilir ki, böyümə proqnozundakı yüksəliş investisiya və fərdi istehlakin tədricən bərpa edilməsindən qaynaqlanır, aşağı faiz dərəcələri və kreditlərdə sürətli bərpa isə daxili tələbi artırır.
Agentlik bildirir ki, Türkiyə iqtisadiyyatının 2021-də 4% böyüməsi gözlənilir, amma ölkənin yüksək xarici maliyyə ehtiyacı risklər yaradır.
Açıqlamada, cari hesab kəsirinin ümumi daxili məhsula nisbətinin 2020-ci ildə 0,9 faiz olacağı və bu nisbətin 2021-ci ildə 1,8 faizə çatacağı təxmin edilir.
İnflyasiya ilə bağlı proqnozları özündə cəmləşdirən açıqlamada inflyasiya səviyyəsinin 2020-ci ilin sonunda 10,5, 2021-ci ildə isə 10 faizə çatacağı gözlənilir.
Bankların Valyuta borclanmaları bu il sabit qalmağa davam etməsi gözlənilir, bununla yanaşı, bəzi yaxın dövr geosiyasi risklər Türkiyənin reytinqinə təsir edə bilər.