OPEC üzvlərinin Əlcəzairdə hasilatın azaldılması ilə bağlı qəbul etdiyi qeyr-formal qərar neftin qiymətinə müsbət təsir edəcək, lakin kotirovkaların qəfil sıçrayışına səbəb olmayacaq.
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Agentliyin analitikləri hesab edir ki, qəbul olunan qərar kartelə üzv olan ölkələrin koordinasiyalı şəkildə işləmək bacarığını nümayiş etdirir, lakin qərar ümumilikdə simvolik xarakter daşıyır: "Bizim gözləntilərimizə görə, gələn il bazarda tələb və təklif arasında balans yaranacaq. OPEC-in qərarı bazarda defisitin yaranması şanslarını artırır. Lakin mövcud ehtiyatların normallaşdırılması üçün azalma kifayət etməyə bilər".
Qeyd edək ki, OPEC üzvləri Əlcəzairdə keçirilən görüşdə sutkalıq neft hasilatının 32,5 - 33 mln. barrel səviyyəsinədək azaldılması ilə bağlı qərar qəbul edib.
Apa©