“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb.
FED.az agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “stabil” olaraq “BB+” səviyyəsində təsdiq olunub.
Reytinqin "BB+" səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında "Fitch" xarici ticarət balansında müsbət saldonun, aşağı səviyyədə xarici borcun olmasını göstərib.