“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,1%, 2022-ci ildə - 2,9% səviyyəsində proqnozlaşdırır.
Eləcə də bax: Fitch: «Azərbaycanın bank sektoru nisbətən zəif olaraq qalır»
2020-ci ildə COVİD-19 və OPEC+ sazişi çərçivəsində neft hasilatının azalması səbəbindən Azərbaycada ÜDM-in azalması 4,3% təşkil edib. Bu barədə agentliyin məlumatında deyilir.
FED.az xəbər verir ki, beləliklə, 2021-2022-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 2,5% təşkil edəcək.
Agentliyin proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 3,9% (2020-ci ildə - 2,8%) təşkil edəcək, 2022-ci ildə - 3,8%-dək azalacaq.
“Fitch” 2021-ci ildə cari əməliyyatlar hesabının ÜDM-in 5,9% səviyyəsində müsbət saldosuna qayıtmağı planlaşdırır, bu da neftin daha yüksək qiyməti ilə əlaqdardır. 2022-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 4,7% səviyyəsində proqnozlaşdırılır.
Agentliyin proqnozlarına əsasən, 2021-ci ildə bir barel Brent markalı neftin orta qiyməti $58, 2022-ci ildə - $53 təşkil edəcək.
“Fitch”in proqnozlarına görə, 2021-ci ildə Azərbaycan hökumətinin Qarabağda işğal olunan ərazilərdə infrastrukturun yaradılmsına sərmayələri ÜDM-in 1,9%-nə, 2022-ci ildə - ÜDM-in 2,2%-nə ekvivalent olacaq.
“2020-ci ildə Azərbaycanın dövlət borcu 2,4 faiz bəndi – ÜDM-in 21,4%-dək artıb, lakin 2022-ci ilin souna ÜDM-in 17,6%-dək azalacaq”, - agentlik vurğulayır.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan hökuməti ÜDM-in 3,4%, orta illik inflyasiyanı – 3% səviyyəsində proqnozlaşdırır.
“Moody`s” Beynəlxalq reytinq agentliyi 2021-ci ildə ÜDM-in artımını 3,5% səviyyəsində proqnozlaşdırır. “S&P Global Ratings” Agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,1% səviyyəsində proqnozlaşdlrır. (İnterfaks)