Türkiyə, 10 mövsümdə fındıq ixracatından 18 milyard dollardan artıq gəlir təmin edib.
FED.az Qara Dəniz Fındıq və Məmulatları İxracatçıları Birliyinin (KFMİB) məlumatlarına istinadən xəbər verir ki, Türkiyə dünya fındıq istehsalı və ticarətinin böyük qismini əlində saxlayır.
Türkiyə, 2008-2009 - 2017-2018 arasını əhatə edən 10 mövsümdə, 100-dən çox ölkəyə cəmi 2 milyon 532 min 789 ton fındıq ixrac edərək əvəzində 18 milyard 636 milyon 90 min 804 dollar xarici valyuta gəliri təmin edib.
Həmin tarixlər arasında fındıq satışından ən çox gəlir 2014-2015 dövründə əldə edilib. Bu mövsümdə 217 min 427 ton fındıq satılaraq 2 milyard 799 milyon 529 min 618 dollar gəlir əldə edilib